Dağıstanda müğənni həyat yoldaşı tərəfindən döyülərək öldürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Dağıstanın Kaspiysk şəhərində avar dilində mahnılar ifa edən 47 yaşlı müğənni Talismann Omarova yaşadığı evdə həyat yoldaşı tərəfindən döyülərək qətlə yetirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Sapa Kavkaz" məlumat yayıb.
Hadisə Kaspiysk şəhərinin Qafqazskaya küçəsində baş verib. Bildirilir ki, Omarova və onun 34 yaşlı qeyri-rəsmi həyat yoldaşı həmin ünvanda kirayədə yaşayırdılar.
Bir neçə gün əvvəl cütlük spirtli içki qəbul edərkən aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi qadına hücum edərək onu döyüb. O, qadını tavayla döyərək qətlə yetirib.
Cinayətkar saxlanılıb və onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...