Cins paltarlar TƏHLÜKƏLİDİR?

Dəbdən düşməyən geyimlər arasında cins parçalardan hazırlanan paltarlar da var. Daha çox gənclərin üstünlük verdiyi cins paltarlar vizual olaraq xoş görünsə də, sağlamlıq üçün təhülkəli ola bilər. Xüsusilə çox dar cins geyimlər uzun müddət geyinildikdə fəsadlar yaradır.
BAKU.WS xarici KİV-ə istiadən cins paltarların yaratdığı fəsadları təqdim edir:
Qan dövranının pozulması
Çox dar cins şalvarlar, ayaq və qasıq bölgəsində qan dövranını zəiflədə bilər. Bu, "tight pants syndrome" (dar şalvar sindromu) kimi tanınır və uyuşma, hətta sinir zədələrinə səbəb ola bilər. Uzun müddət oturaq vəziyyətdə dar şalvar geyinmək, sinir sıxılmasına yol aça bilər
Həzm sisteminə təsiri
Qarnı sıxan cins şalvarlar mədə turşusunun qida borusuna çıxmasına, yəni reflüks probleminə səbəb ola bilər.
Dəri problemləri
Cins parçalar çox nəfəs almır, bu da dəri qıcıqlanması, göbələk infeksiyalarına səbəb olur.
Həddən artıq dar cins geyimlərdən uzaq durmaq. Gündəlik istifadədə rahat, nəfəs alan parçaları seçmək. Xüsusilə uzun müddət oturarkən və ya isti havalarda alternativ geyimlərə üstünlük vermək.
Oxşar xəbərlər
Dağıstanda konyak zavodu yanıb
Dağıstanın Dərbənd şəhərində yerləşən Konyak Kombinatının ərazisində yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlu...
