Çinlilər robotlar üçün ilk "bacarıqlar mağazası"nı yaradır
Çinin robot istehsalçısı Unitree dünyada ilk dəfə robotlar üçün "bacarıqlar mağazası" yaradacağını açıqlayıb. Bu sistem smartfonlardakı tətbiq mağazalarına bənzəyir, fərq ondadır ki, buradan robotlar üçün hazır hərəkət və bacarıqlar yükləmək mümkün olacaq.
BAKU.WS xəbər verir ki, yeni platforma sayəsində istifadəçilər robotlarına rəqs etməyi, döyüş sənəti hərəkətlərini və digər davranışları asanlıqla əlavə edə biləcəklər. Bunun üçün sadəcə bir neçə klik kifayət edəcək.
Şirkətin bildirdiyinə görə, süni intellektin inkişafının qarşısını alan əsas problemlərdən biri öyrədici məlumatların azlığıdır. Unitree rəhbərliyi hesab edir ki, süni intellekt də insan kimi öyrənməli, təcrübə toplamalıdır.
Platformada digər proqramçılar da öz hazırladıqları bacarıqları paylaşa biləcəklər. Bu bacarıqları istifadə edənlər onları robotlarına yükləyəcək, keyfiyyətli iş görən müəlliflər isə maddi qazanc əldə edəcəklər.
Mütəxəssislər isə bu yeniliyin təhlükəsizlik riskləri yarada biləcəyini deyirlər. Çünki robotlara kənar proqramların yüklənməsi müəyyən problemlərə səbəb ola bilər.
Qeyd edək ki, hazırda bu platforma hamı üçün açıq deyil.
Oxşar xəbərlər
Türkiyədə plastik əməliyyat olunan qadın burnunun yarısını itirdi
Türkiyədə xarici vətəndaş olan qadın plastik əməliyyat qurbanı olub. BAKU.WS xəbər verir ki, o ilk növbədə əməliyyat etdirmək üçün öz ölkəsindən Türkiyəyə gəli...