Çinin ABŞ-ni narahat edən yeni döyüş təyyarəsinin GÖRÜNTÜLƏRİ
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin yeni nəsil J-36 adlı üç mühərrikli, quyruqsuz döyüş təyyarəsinin görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, altıncı nəsil hesab olunan bu reaktiv təyyarə Çin sosial mediasında və hərbi dairələrdə geniş müzakirələrə səbəb olub.
Mütəxəssislər J-36-nın ABŞ-nin F-22 və F-35 təyyarələrinə rəqib ola biləcəyini bildirirlər. Təyyarənin görüntüləri Çinin Siçuan əyalətində çəkilib. Rəsmi olaraq tanıdılmasa da, bu model Pekinin hərbi texnologiyada ciddi irəliləyiş etdiyini göstərir.
Qeyd edək ki, ABŞ da altıncı nəsil F-47 təyyarəsi üzərində iş aparır və bu istiqamətdə Boeing ilə müqavilə imzalanıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...