Çində sabiq müdafiə nazirlərinə edam hökmü verildi

Çində sabiq müdafiə nazirlərinə edam hökmü verildi
Dünya 4

Çində korrupsiya və rüşvət ittihamları ilə mühakimə olunan sabiq müdafiə nazirləri Vey Fenxe və Li Şanfu ölüm cəzasına məhkum ediliblər.

BAKU.WS xəbər verir ki, Çin Hərbi Məhkəməsi hər iki şəxs barəsində 2 il təxirə salınmaqla edam hökmü çıxarıb.

Qərara əsasən, Vey Fenxe yalnız rüşvət almaqda təqsirli bilinib. Li Şanfu isə həm rüşvət alma, həm də rüşvət vermə ittihamı ilə məhkum olunub.

Məhkəmə sabiq nazirlərin ömürlük siyasi hüquqlardan məhrum edilməsinə və bütün şəxsi əmlaklarının müsadirəsinə də qərar verib.

Çin qanunvericiliyinə əsasən, iki illik müddətdə yeni cinayət törədilməzsə, edam hökmü ömürlük həbs cəzası ilə əvəzlənəcək. Bildirilir ki, bundan sonra onların cəzasının yüngülləşdirilməsi və ya şərti azadlığa buraxılması mümkün olmayacaq.

Qeyd edək ki, Vey Fenxe 2018–2023-cü illərdə Çinin müdafiə naziri olub. O, vəzifəsini 2023-cü ildə Li Şanfuya təhvil verib. Li Şanfu isə həmin ilin oktyabrında vəzifədən uzaqlaşdırılmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər