Çin vətəndaşlarına Rusiyaya vizasız giriş icazəsi verildi
Çin vətəndaşları 14 sentyabr 2026-cı il tarixinə qədər Rusiyaya 30 günə qədər vizasız daxil ola biləcəklər.
BAKU.WS xəbər verir ki, müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb və sənəd hüquqi aktlar portalında dərc olunub.
Qeyd edilir ki, Çin vətəndaşları adi KXR pasportu əsasında Rusiyaya 30 günədək qonaqlıq, biznes səfəri, turizm, elmi, mədəni, ictimai-siyasi, iqtisadi və idman tədbirlərində iştirak üçün, həmçinin tranzit keçid məqsədilə vizasız daxil ola biləcəklər.
18 noyabrda Rusiya prezidenti Vladimir Putin Çin Dövlət Şurasının sədri Li Cyan ilə görüş zamanı yaxın zamanda Çin turistləri üçün vizanın ləğv ediləcəyinə söz vermişdi.
15 sentyabrda isə Pekin adi xarici pasporta malik Rusiya vətəndaşları üçün 30 günədək vizasız giriş tətbiq etmişdi.
Oxşar xəbərlər
Fransız telekanalında bomba həyəcanı: Canlı yayım dayandırılıb
Fransanın ictimai yayımçısı France Info telekanalı bomba ilə bağlı daxil olan həyəcan siqnalı səbəbilə canlı yayımı yarımçıq dayandırıb. BAKU.WS xəbər verir ki,...