Çin vətəndaşlarına ABŞ-yə səfərlə bağlı XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Çin hökuməti ABŞ-lə artan gərginlik fonunda vətəndaşlarına bu ölkəyə səfər zamanı təhlükəsizlik risklərini nəzərə almağı tövsiyə edib.
BAKU.WS xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən açıqlamada bildirilir ki, ticarət əlaqələrinin pozulması və ABŞ-dəkı təhlükəsizlik vəziyyəti səbəbindən ehtiyatlı davranmaq lazımdır.
Çin Təhsil Nazirliyi isə Ohayo ştatında Çinli tələbələrə qarşı mənfi müddəalar nəzərdə tutan qanun layihəsinə diqqət çəkərək, orada təhsil almağı planlaşdıranlara riskləri dəyərləndirməyi tövsiyə edib.
ABŞ prezidenti Donald Tramp Çinə qarşı 34 faizlik əlavə gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb. Çin də cavab olaraq eyni səviyyədə tarif tətbiq edib. Gərginlik davam edərsə, qarşılıqlı tarif artımları daha da yüksələ bilər.
Oxşar xəbərlər
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə zamanı Vaşinqtonun hərbi cəhətdən müdafiə etdiyi ölkələr Amerika tərəfinin çəkdiyi bütün xərcləri tam ş...