Çin Rusiyadan neft idxalını 16,7% artırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Çin 2026-cı ilin ilk altı ayında Rusiyadan neft idxalını əhəmiyyətli dərəcədə artırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Çin Gömrük Administrasiyasının məlumatına istinadən TASS məlumat yayıb.
Məlumata görə, hesabat dövründə Çin Rusiyadan 57,28 milyon ton neft idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz çoxdur.
Rusiyadan alınan neftin ümumi dəyəri isə 31,1 faiz artaraq 33,13 milyard dollara çatıb.
Qeyd olunur ki, may ayında Rusiyanın Çinə neft tədarükü azalsa da, ölkə bazarın 25 faizlik payı ilə Çinin ən böyük neft tədarükçüsü mövqeyini qoruyub. Bu göstərici ilə Rusiya bazar payı 17 faiz olan Səudiyyə Ərəbistanını qabaqlayıb.
Bununla yanaşı, İran ətrafında gərginliyin yenidən artması fonunda dünya bazarında neftin qiyməti bir barel üçün 90 dolları ötüb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...