Çin-Nepal sərhədində torpaq sürüşməsi: ölənlərin sayı 43-ə çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Çin-Nepal sərhədində baş verən güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 43 nəfərə yüksəlib.
BAKU.WS xəbər verir ki, Çinin Tibet Muxtar Vilayətində baş verən təbii fəlakət nəticəsində 519 nəfər itkin düşmüş hesab olunur.
Nepal hakimiyyətinin son məlumatına görə isə ölkədə təbii fəlakət nəticəsində ölən və itkin düşənlərin ümumi sayı 6 mindən çoxdur. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Fəlakət avqustun 26-da Nepalın şimalında baş verib. İlkin məlumata əsasən, Çinin sərhədyanı ərazisində baş verən torpaq sürüşməsi güclü daşqına səbəb olub.
Su, palçıq və dağ süxurlarından ibarət sel çay yatağı boyunca 70 kilometrdən artıq məsafə qət edərək yaşayış məntəqələrinə ciddi ziyan vurub və geniş əraziləri su altında qoyub.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...