Çin gəmiləri Yapon sularına daxil oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Çin gəmiləri Yapon sularına daxil oldu.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Çinə məxsus 4 sahil mühafizə gəmisi Şərqi Çin dənizində mübahisəli Senkaku adalarının ətrafında Yaponiyanın milli sularını pozub. Yaponiyanın Okinava prefekturasındakı 11-ci Bölgə Sahil Mühafizə qərargahının məlumatına görə, gəmilər Minami-Kojima adaları ətrafında müşahidə olunub və Yapon sahil mühafizəsinin xəbərdarlıqlarından sonra ərazidən uzaqlaşıb.
Hadisə 2025-ci ildə Çin gəmilərinin Yapon sularını ilk dəfə pozması kimi qeydə alınıb. Daha əvvəl oxşar hadisə 6 dekabr 2024-cü ildə baş vermişdi.
Qeyd edək ki, Yaponiyanın "Senkaku", Çinin isə "Diaoyu" adlandırdığı bu adalar uzun illərdir iki ölkə arasında ərazi mübahisəsinə səbəb olur. Adalar Şərqi Çin dənizində yerləşir, əhalisizdir və 5 ada ilə 3 qayalıqdan ibarətdir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...