Çin Cənubi Çin dənizində dəniz və hava patrulu həyata keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Çin Xalq Azadlıq Ordusu Cənubi Çin dənizində növbəti patrul missiyasını həyata keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Cənub Əməliyyat Komandanlığının sözçüsü Çjay Şiçen məlumat verib.
Onun sözlərinə görə, iyunun 27-28-də bölgədə planlı dəniz və hava patrul xidmətinin icrası üçün hərbi qüvvələr cəlb olunub.
Sözçü bildirib ki, Filippin Cənubi Çin dənizində bölgədənkənar ölkələrin iştirakı ilə keçirdiyi birgə patrul fəaliyyətləri ilə gərginliyi artırır və regional sülhə, sabitliyə mənfi təsir göstərir.
Çjay Şiçen əlavə edib ki, Çin Silahlı Qüvvələri ölkənin ərazi suverenliyini, dənizdəki hüquq və maraqlarını qətiyyətlə qorumaqda davam edəcək, həmçinin regionda sülh və sabitliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...