"Chevron" şirkətinin neft tankerinə Qara dənizdə dron hücumu edildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin "Chevron" şirkəti tərəfindən icarəyə götürülmüş "Yasa Polaris" adlı neft tankeri Qara dənizdə dron hücumuna məruz qalıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, gəmiyə Novorossiysk ərazisində Xəzər Boru Kəməri Konsorsiumunun neft yükləmə terminalına yaxınlaşarkən PUA zərbəsi həyata keçirilib.
Bildirilir ki, gəminin ekipajı zərər görməyib və Qazaxıstan neftinin ixracı dayandırılmayıb.
Ən böyük səhmdarı ABŞ-nin "Chevron" şirkəti olan "Tengizchevroil" "CPC Blend" markalı neftin əsas ixracatçılarından biri kimi çıxış edir. Bu neft əsasən Qazaxıstandakı Tengiz yatağında hasil olunur. Gəmi Türkiyədə qeydiyyatdan keçmiş "Yasa Holding" şirkəti tərəfindən idarə olunur.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...