"Charlie Hebdo" X-i məhkəməyə verib
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın "Charlie Hebdo" satirik jurnalı X sosial şəbəkəsinə qarşı Paris məhkəməsində iddia qaldırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.
Şikayətə səbəb sosial şəbəkələrdə Vladimir Putinə və Ukraynada keçirilən xüsusi hərbi əməliyyata dəstək ifadə edən saxta jurnal üzlüklərinin yayılması olub.
Hüquqşünas Riçard Malka deyib ki, "Charlie Hebdo"nun "çox keyfiyyətli" saxta üz qabıqları sosial şəbəkələrdə, xüsusilə X və Telegram-da aktiv şəkildə yayılır və oxucular "jurnalın redaksiya siyasəti ilə tanış olmasalar, onları real olanlarla qarışdıra bilərlər".
Vəkil həmçinin qeyd edir ki, rus dilində başlıqlar və şərhlər olan bu cür nəşrlər ilk növbədə rus auditoriyasına yönəlib, "onlarda "Charlie Hebdo"nun Zelenskiyə qarşı olduğunu və Putini dəstəklədiyinə inandırmaq üçündür".
Qeyd edilib ki, son iki il ərzində redaksiya heyəti sosial şəbəkələrdə peyda olan 15 saxta üz qabığını hesablayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...