Cənubi Koreyada Çxve San Mok təyyarə qəzasında həlak olanların xatirəsini yad edib
Koreya Respublikasının prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Çxve San Mok Muanda qəzada həlak olanların xatirəsini yad edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
"Bu faciədə həlak olan 179 nəfərin hər birini xatırlayırıq. Daha təhlükəsiz ölkə yaratmaq üçün əlimizdən gələni edəcəyik", - deyə Çxve San Mok qeyd edib.
Xatırladaq ki, qəzaya uğrayan "Jeju Air" aviaşirkətinə məxsus təyyarədə 10 yaşadək azı beş uşaq olduğu qeyd edilib. Ümumilikdə isə, təyyarədə 175 sərnişin və 6ekipaj üzvü olub.
Təyyarənin uçuş zolağından çıxaraq hasara çırpılması nəticəsində ölənlərin sayı 179-a çatıb.
Oxşar xəbərlər
Türkiyədə daha bir sosial media fenomeni saxlanıldı
Türkiyədə məşhur şəxslərlə bağlı aparılan narkotik araşdırması çərçivəsində sosial mediada tanınan Şeyma Subaşı saxlanılıb. BAKU.WS xəbər verir ki, Şeyma Subaşı...