Cənubi Koreya Məhkəməsi ölkə Prezidenti barədə həbs qərarı çıxarıb

31
dek
2024
22:57
Cənubi Koreya məhkəməsi dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış ölkə Prezidenti Yun Sok Yol barəsində həbs və axtarış qərarı verib.
"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi məlumat yayıb.
"İdarə təsdiq edir ki, həbs və axtarış qərarı dekabr ayının 31-də çıxarılıb və bu barədə ərizə İdarə tərəfindən Yun Sok Yol barəsində verilib", - qurumdan bildirilib.
Oxşar xəbərlər
Mustafa Kamal Atatürkün doğum günüdür
Bu gün Türkiyə Respublikasının qurucusu, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri Mustafa Kamal Atatürkü...
