Bütün Rusiyada fövqəladə vəziyyət sirenaları işə düşdü

Bütün Rusiyada fövqəladə vəziyyət sirenaları işə düşdü
Dünya 109

Bütün Rusiyada ölkənin Fövqəladə Hallar Nazirliyi "Hamının diqqətinə!" siqnalını işə salıb.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, idarə yoxlama ilə bağlı əvvəlcədən xəbərdarlıq edib.

Küçə sirenləri 1 dəqiqə ərzində işə salınıb, radio və televiziya kanallarının yayımı da dəyişdirilib.

"Hər kəsin diqqətinə! İctimai xəbərdarlıq sistemi yoxlanılır, xahiş edirəm sakit olun", - səsgücləndiricilərdən bildirilib.

Qeyd olunub ki, xəbərdarlıq sistemi təbii və ya texnogen xarakterli təhlükə və ya fövqəladə hallar barədə siqnalın əhaliyə vaxtında çatdırılması üçün nəzərdə tutulub. Yoxlama tədbirləri terminal xəbərdarlıq sistemlərinin işini qiymətləndirməyə, həmçinin müvafiq sistemləri işə salmağa səlahiyyəti olan növbətçi heyətin hazırlığını qiymətləndirməyə imkan verəcək.

Son xəbərlər