Bundesver Qrenlandiya missiyasını başa çatdırdığını açıqladı

Bundesver Qrenlandiya missiyasını başa çatdırdığını açıqladı
Dünya 53

Almaniya Silahlı Qüvvələri (Bundesver) Qrenlandiyada həyata keçirilən missiya çərçivəsində üzərinə düşən tapşırıqları yerinə yetirdiyini bildirib.

BAKU.WS-in məlumatına görə, bunu Bundesver missiyasının nümayəndəsi, polkovnik-leytenant Peter Milevçuk "Funke" media qrupuna müsahibəsində deyib. Onun sözlərinə görə, təlim və hazırlıq proqramı çərçivəsində bölgədəki vəziyyətin qiymətləndirilməsi üzrə ilkin mərhələ uğurla icra olunub.

Milevçuk Danimarka tərəfi ilə əməkdaşlığın səmərəli keçdiyini vurğulayıb və əlavə edib ki, əldə olunan nəticələr əsasında heyət Almaniyaya qayıdacaq.

Qeyd edək ki, bundan əvvəl "Bild" qəzeti Bundesver hərbçilərinin Qrenlandiyanı təcili tərk etdiyini yazmışdı. Həmin missiyada 15 hərbçi iştirak edib və onlara admiral Stefan Pauli rəhbərlik edib.

Son xəbərlər