Bu şirkət sentyabra qədər evlənməyən subay işçiləri işdən azad edəcək

Çinin Şandun əyalətində fəaliyyət göstərən Shuntian Chemical Group şirkəti subay işçilər üçün qeyri-adi qaydalar tətbiq edib.
BAKU.WS xəbər verir ki, South China Morning Post qəzetinin məlumatına görə, şirkət subay və boşanmış işçilərinə 2025-ci ilin sentyabr ayına qədər evlənmələri üçün ultimatum verib. Əks halda onların işdən çıxarılacağı bildirilib.
Yeni qaydalara əsasən, 28-58 yaş aralığında olan subay işçilər mart ayının sonuna qədər özlərini tənqid edən məktub yazmalıdırlar. Əgər iyun ayına qədər evlənməsələr, onlar üçün xüsusi qiymətləndirmə prosesi aparılacaq. Sentyabr ayına qədər nikah bağlamayanlarla isə əmək müqaviləsi ləğv ediləcək.
Şirkət bu qərarın ənənəvi Çin dəyərlərini dəstəkləmək məqsədi daşıdığını bildirsə də, bu addım həm cəmiyyət, həm də hökumət rəsmiləri tərəfindən tənqid edilib. Rəsmi qurumlar bu qaydanın əmək qanunvericiliyini pozduğunu və işçilərin hüquqlarına zidd olduğunu bildiriblər.
Oxşar xəbərlər
İlon Mask: Trampın adı azyaşlıların cinsi istismarı ilə bağlı sənədlərdə yer alır
Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın adının insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan milyarder Cef...
