Bu ölkədə şirkət rəhbəri işçilərinin kirayə xərcini ömürlük boynuna götürüb
Cənubi Koreyada bir şirkət rəhbəri əməkdaşlarının kirayə xərclərini ömürlük ödəməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, "Viva Republica" şirkətinin rəhbəri (Toss platforması ilə tanınır) əməkdaşlarına bildirib ki, şəxsi evini sataraq əldə etdiyi vəsaiti 100 işçinin kirayə haqqının və ipoteka faizlərinin ödənilməsinə yönəltmək niyyətindədir.
O qeyd edib ki, hələ biznes qurmazdan əvvəl mövcud sistemin ədalətsiz olduğunu düşünüb: "Bəzi insanlar daşınmaz əmlak hesabına sərvət toplayır, digərləri isə mənzil əldə etməkdə çətinlik çəkir. Bu addım şəxsi prinsiplərini real həyatda tətbiq etmək cəhdidir".
İlk vaxtlar bu açıqlama zarafat kimi qəbul edilsə də, şirkət daxilində bunun gerçəkləşə biləcəyi istisna olunmur. Çünki rəhbər daha əvvəl də oxşar vədlərini həyata keçirib.
Belə ki, 2025-ci ildə şirkət 11 ildən sonra ilk dəfə illik mənfəət əldə etdikdən sonra, o, 100 əməkdaşın Yaponiyanın Okinava adasına səfər xərclərini tam şəkildə qarşılayıb.
Məlumata görə, proqramda iştirak edəcək 100 nəfər təsadüfi seçim yolu ilə müəyyənləşdiriləcək və seçilən əməkdaşların kirayə xərcləri öz mənzillərini əldə edənədək tam ödəniləcək.
Oxşar xəbərlər
Hizbullah İsrailə hücum etdiyini açıqladı
"Hizbullah" İsrailin şimalındakı hərbi obyektlərə raket, PUA və artilleriya ilə 15 hücum həyata keçirdiyini bildirib. Bir neçə baza və yaşayış məntəqəsinin hədə...