Bu ölkədə dövlət cihazlarında DeepSeek-in istifadəsi qadağan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Hollandiya hökuməti Çin şirkəti DeepSeek-in süni intellekt tətbiqinin dövlətə məxsus cihazlarda istifadəsinə qadağa qoyub.
BAKU.WS xəbər verir ki, dijitalləşmə və Krallıq Əlaqələri üzrə Dövlət Naziri Zsolt Szabo DeepSeek-in dövlət qurumlarında istifadəsinin qadağan edildiyini açıqlayıb.
Məlumata görə, tətbiq "casusluq meyilli proqram" kimi qiymətləndirildiyi üçün dövlət cihazlarında istifadəsinə icazə verilməyəcək. Qadağa mərkəzi hökumət cihazları üçün keçərlidir, lakin yerli idarəetmələr də öz əməkdaşlarına eyni məhdudiyyəti tətbiq edə bilərlər.
Qeyd edək ki, bundan əvvəl Hollandiya Şəxsi Məlumatların Mühafizəsi İdarəsi DeepSeek-in istifadəsində ehtiyatlı olunması ilə bağlı xəbərdarlıq etmişdi.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...