Bu ölkə 28 fevraldan sonra ilk dəfə hava məkanını uçuşlara açır

Bu ölkə 28 fevraldan sonra ilk dəfə hava məkanını uçuşlara açır
Dünya 72

Küveyt 28 fevral tarixindən etibarən bağlı olan hava məkanının mərhələli şəkildə yenidən açıldığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi (DGCA) məlumat yayıb.

Rəsmi açıqlamada bildirilib ki, Küveyt Beynəlxalq Hava Limanında uçuşların bərpası qərarı milli və beynəlxalq aviasiya qurumları ilə aparılan koordinasiyadan sonra qəbul olunub.

Məqsəd isə əməliyyatların təhlükəsiz və problemsiz şəkildə yenidən başlanmasını təmin etməkdir.

Mülki Aviasiya Baş İdarəsi rəhbəri Hammud Mübarək əs-Sabah qeyd edib ki, hava trafiki ən yüksək təhlükəsizlik standartlarına uyğun olaraq tədricən normallaşacaq.

Onun sözlərinə görə, zərər görmüş infrastrukturda təmir-bərpa işləri hələ də davam edir və ilkin mərhələdə uçuşlar yalnız müəyyən istiqamətlər üzrə həyata keçiriləcək.

Xatırladaq ki, Küveyt 28 fevralda regionda baş verən gərginlik -ABŞ və İsrailin İrana qarşı hücumları, həmçinin İranın cavab zərbələri fonunda hava məkanını bağlamaq qərarı verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər