Bu heyvanlar silahlı mühafizə ilə qorunur - cəmi 2 ƏDƏD QALDI
Keniyanın mərkəzində yerləşən təbiət qoruğunda dünyada sağ qalan son iki şimal ağ kərgədan 24 saat silahlı mühafizəçilərin nəzarəti altında yaşayır.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, uzun illər davam edən qanunsuz ov və vətəndaş müharibələri bu növü məhv olmaq həddinə gətirib. "National Geographic"in avqustun 24-də yayımlanan "Son Kərgədanlar: Yeni Ümid" adlı sənədli filmi bu nadir növü qoruma səylərindən bəhs edir.
2018-ci ildə 45 yaşlı erkək kərgədan Sudanın ölməsi ilə bu növdən yalnız 36 yaşlı dişi Najin və onun 25 yaşlı balası Fatu qalıb. Hazırda alimlər Sudan və digər erkəklərdən götürülən sperma ilə Fatudan toplanan yumurtaları süni mayalanma yolu ilə dölləyərək embrionlar hazırlayır. İndiyədək 38 embrion əldə edilib və onlar daşıyıcı kimi cənubi ağ kərgədanlara yerləşdirilir.
Hazırda dünyada beş kərgədan növü mövcuddur.
Oxşar xəbərlər
Danimarkada minlərlə insan ABŞ-nin Qrenlandiya siyasətinə qarşı aksiya keçirib
Danimarkada minlərlə etirazçı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək planlarına qarşı küçələrə çıxaraq etirazlarını bildirib. BAKU.WS "Report"...