Bu gün tərcüməçilərin peşə bayramıdır

Sentyabrın 30-u dünyada Beynəlxalq Tərcüməçilər Günü kimi qeyd edilir. Bayram 1991-ci ildə Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə təsis olunub.
BAKU.WS xəbər verir ki, tarixin məhz bu günə təsadüf etməsi təsadüfi deyil. 420-ci il sentyabrın 30-da dünyasını dəyişən İeronim Stridonski tərcüməçilərin himayədarı sayılır. O, Bibliyanı latın dilinə tərcümə etməklə həm dini, həm də ədəbi tarixdə dərin iz qoyub. Sonradan bu tərcümə - "Vulqat" rəsmi latın mətni kimi qəbul olunub.
İeronim həm də qədim slavyan əlifbası olan "qlaqolitsa"nın banisi hesab edilir. Onun fəaliyyəti əsrlər boyu tərcümə peşəsinin cəmiyyət üçün nə qədər önəmli olduğunu göstərib.
Artıq uzun illərdir ki, bu gün müxtəlif devizlər altında qeyd olunur: "Tərcümə çoxdilliliyin və mədəni müxtəlifliyin əsasıdır", "Dillər çoxdur, peşə – bir" və digər şüarlar peşənin mahiyyətini əks etdirir.
Tanınmış rus yazıçısı Aleksandr Puşkin isə tərcüməçiləri obrazlı şəkildə "tərəqqinin poçt atları" adlandırırdı.
Beynəlxalq Tərcüməçilər Günü hazırda bütün dünyada tərcüməçilərin zəhmətinə hörmət və dəyərin simvoluna çevrilib.
Oxşar xəbərlər
Toyda FACİƏ - Bəy gəlinlə toy rəqsi zamanı dünyasını dəyişib
Misirdə Əşrəf Əbu Həkəm adlı bəy toyu zamanı dünyasını dəyişib. BAKU.WS Gulf News-a istinadən xəbər verir ki, kişi rəqs edərkən yerə yıxılıb. Qonaqlar onun kömə...
