Bu avtomobil 1.2 milyon kilometr yol gedib və hələ də işlək vəziyyətdədir

Bu avtomobil 1.2 milyon kilometr yol gedib və hələ də işlək vəziyyətdədir
Foto
Dünya 137

Kanadada 1 milyon 253 min kilometr yol qət edən avtomobil hələ də işlək vəziyyətdədir. 

BAKU.WS xəbər verir ki, "Nova Scotia" bölgəsində yaşayan Endi Kembellinin "Toyota Tercel" markalı maşını 1 milyon 253 min kilometr yol qət edib.

Avtomobil 1985-ci il istehsallıdır. Maşın hələ də gündəlik istifadə olunur.

 Avtomobilin sayğacı maksimum 999.999 kilometr göstərə bildiyi üçün o, 2017-ci ildə sıfırlanıb.

Həmin vaxtdan bəri maşın əlavə 250 min kilometr yol gedib.

Kembell bu anın şəkillərini sübut kimi yanında saxlayır.

Avtomobili 1990-cı ildə 2 min 500 Kanada dollarına alan sürücü 35 il ərzində hər gün 120 kilometr yol gedib. Təqaüdə çıxdıqdan sonra da maşını fəal şəkildə sürür. O bildirir ki, qışda belə avtomobildən imtina etmir.

Kembell illər ərzində avtomobilin demək olar ki, bütün detallarını dəyişib. Müntəzəm yağlama, alt koruma və qulluq vasitəsilə onun uzunömürlü olmasını təmin etdiyini deyir.

Hazırda 82 yaşında olan sürücünün məqsədi avtomobili 2 milyon kilometrə çatdırmaqdır. O, "Mənə ən bahalı maşını da gətirsələr, bu avtomobili dəyişmərəm", – deyə bildirir.

Son xəbərlər