Britaniyanın iki qırıcısı Atlantik okeanındakı adada ilişib qaldı
Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus iki yeni "F-35" qırıcısı yaranan nasazlıq səbəbindən Atlantik okeanındakı Terseyra adasında ilişib qalıb. Söhbət istehsalçı zavoddan ilk uçuşunu həyata keçirən tamamilə yeni hərbi təyyarələrdən gedir.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
"Məlumata görə, Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus iki qırıcı təyyarə qəfil yaranan texniki nasazlıqlar ucbatından artıq iki aydır ki, Atlantik okeanındakı adada məcburi şəkildə saxlanılır", - deyə nəşr qeyd edib.
Qəzetin yazdığına görə, sözügedən təyyarələr ABŞ-nin "Lockheed Martin" korporasiyası tərəfindən istehsal olunub və Texas ştatındakı zavoddan Böyük Britaniyadakı hərbi bazaya çatdırılarkən yolda qəza vəziyyəti yaranıb. Qeyd edək ki, bağlanmış rəsmi müqaviləyə əsasən, London ümumilikdə 48 ədəd belə beşinci nəsil qırıcı təyyarə satın almalıdır.
Oxşar xəbərlər
Tramp ABŞ-İran sazişini və dəniz blokadasının ləğv olunduğunu elan edib
Amerika Prezidenti Donald Tramp ABŞ və İranın müqavilə bağladığını açıqlayıb. BAKU.WS xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "İra...