Britaniyanın ABŞ-dəki keçmiş səfiri Epşteyn işi üzrə saxlanıldı

Britaniyanın ABŞ-dəki keçmiş səfiri Epşteyn işi üzrə saxlanıldı
Dünya 35

Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Piter Mandelson vəzifə səlahiyyətlərini aşmaq şübhəsi ilə saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Sky News" London polisinin məlumatına istinadən məlumat yayıb.

Polisin açıqlamasında bildirilir ki, Mandelson fevralın 23-də, bazar ertəsi günü Kamden rayonunda yerləşən ünvanda saxlanılıb və dindirilmək üçün London polis bölməsinə aparılıb. Bundan əvvəl Uiltşir və Kamden bölgələrində iki ünvanda məhkəmə qərarı ilə axtarış aparılıb.

Britaniyanın ABŞ-dəki keçmiş səfiri Epşteyn işi üzrə saxlanıldı

Böyük Britaniyanın baş naziri Keir Starmer Mandelsonu 2025-ci ilin fevralında ABŞ-yə səfir təyin etmişdi. Lakin sentyabr ayında diplomat amerikalı maliyyəçi Ceffri Epşteyn ilə əlaqələrinə görə vəzifəsindən azad olunmuşdu. Fevralın əvvəlində isə baş nazirin aparat rəhbəri Morqan Maksvinni Mandelsonun səfir təyin olunmasını tövsiyə etdiyi üçün məsuliyyəti üzərinə götürərək istefa vermişdi.

"Daily Mail" qəzetinin yazdığına görə, Mandelson Vaşinqtonda səfir işlədiyi dövrdə məxfi məlumatları Epşteynlə bölüşüb. İddialara əsasən, həmin məlumatlar maliyyə bazarlarında milyonlarla funt sterlinq qazanc əldə etməyə imkan verib.

Son xəbərlər