Britaniya, Fransa və Almaniyanın müşavirləri Kiyevə gəlib
Böyük Britaniya, Fransa və Almaniya liderlərinin milli təhlükəsizlik üzrə müşavirləri Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü ərəfəsində Kiyevə gəliblər.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Ukrayna mediasının məlumatına görə, Volodimir Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü artıq başlayıb.
Qeyd edək ki, sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələrini Kremldə qəbul edib. Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, üç saatdan çox davam edən görüşdə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə yanaşı, Moskva və Vaşinqton arasında birgə iri layihələrin həyata keçirilməsi məsələsi də müzakirə olunub.
Uşakov danışıqları hər iki tərəf üçün faydalı adlandırıb.
Oxşar xəbərlər
Şimali Kiprdə batan gəmidə ölənlərin sayı 13-ə çatdı
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə yüksəlib. BAKU.WS xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Ü...