Braziliyada sabiq prezidentin qızının telefonu oğurlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Braziliyanın keçmiş birinci xanımı Mişel Bolsonarunun böyük qızı Letisiya Firmo ötən həftəsonu San-Paulu şəhərində quldurluğa məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə Mişel Bolsonaru öz "Instagram" hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, sabiq prezident Jair Bolsonarunun (PL partiyası) ögey qızının mobil telefonu oğurlanıb, lakin o, fiziki zərər görməyib.
Mişel Bolsonaru ictimaiyyəti qızının telefonu vasitəsilə edilə biləcək mümkün fırıldaqçılıq cəhdləri barədə xəbərdar edib:
"Qızım Letisiyanı San-Pauluda soyublar. Şükürlər olsun ki, o, salamatdır və artıq Braziliyaya (keçmiş prezidentin iqamətgahı nəzərdə tutulur) qayıdıb. Yalnız mobil telefon oğurlanıb. Əgər sizə onun adından pul və ya hər hansı kömək istənilən mesajlar gələrsə, onlara cavab verməyin və etibar etməyin",- deyə Braziliyanın keçmiş birinci xanımı sosial şəbəkədə bildirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...