Braziliyada körpünün çökdüyü hadisədə ölənlərin sayı artıb
Braziliyada körpünün çökdüyü hadisədə ölənlərin sayı artıb.
BAKU.WS Agencia Brasil-ə istinadən xəbər verir ki, Braziliyanın şimalında Maranhão və Tocantins ştatlarını birləşdirən Juscelino Kubitschek de Oliveira körpüsünün çökməsi nəticəsində həyatını itirənlərin sayı 12-yə çatıb.
Hadisə zamanı itkin düşən 5 nəfərin axtarışları hələ də davam edir. Son tapılan cəsədlərin çaya düşən nəqliyyat vasitəsinin içərisindən çıxarıldığı bildirilib.
Rəsmi şəxslərin verdiyi məlumata görə, körpünün çökməsi nəticəsində 4 yük maşını, 2 minik avtomobili və 2 motosiklet çaya düşüb.
Sosial mediada yayılan görüntülərdə körpünün çökdüyü anın qeydə alındığı müşahidə edilib.
Oxşar xəbərlər
Ən cəlbedici qadınlar bu ayda doğulur
Psixoloji sorğular və sosial müşahidələrə görə, ən cəlbedici qadınlar may ayında doğulanlar hesab olunur. BAKU.WS xəbər verir ki, mütəxəssislər bunu yaz fəslin...