Böyük Britaniya X sosial şəbəkəsinə beynəlxalq qadağa məsələsini müzakirə edir
Böyük Britaniya Avstraliya və Kanada ilə birlikdə X sosial şəbəkəsinə beynəlxalq qadağa qoyulmasını müzakirə edir. Bu barədə GB News telekanalı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, Londonu narahat edən əsas məsələ X-də inteqrasiya olunmuş Grok çat-botudur. Bu çat-bot istifadəçilərin istəyi üzrə qadınlar və uşaqların açıq şəkillərini yarada bilir.
Avstraliya və Kanada hakimiyyətləri də Böyük Britaniyanın Baş naziri Kir Starmerin narahatlığını bölüşür. Eyni zamanda, Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya naziri Liz Kendal bildirib ki, əgər media tənzimləyicisi Ofcom X-ə tam girişin bloklanmasını tövsiyə edərsə, o bu qərarı dəstəkləyəcək.
Xatırladaq ki, yanvarın 11-də ABŞ-lı iş adamı İlon Mask X sosial şəbəkəsində Böyük Britaniya hökumətini internetdə ifadələrinə görə minlərlə insanın həbs edilməsi ilə bağlı fasislikdə ittiham edib. Mask bu açıqlamanı, ölkədə onlayn şərhlərinə görə 12 mindən çox şəxsin həbs edildiyi xəbəri ilə bağlı verib.
Oxşar xəbərlər
İranda üç günlük matəm elan olunub
İranda baş vermiş iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin çoxsaylı əməkdaşının həlak olması ilə əlaqədar ölkədə üç gün müddətinə milli matəm elan edilib. B...