Böyük Britaniya üç ölkənin vətəndaşlarına vizanı dayandıra bilər

Böyük Britaniya üç ölkənin vətəndaşlarına vizanı dayandıra bilər
Dünya 65

Böyük Britaniya Namibiya, Konqo Demokratik Respublikası və Anqola vətəndaşlarına viza verilməsini dayandırmağı nəzərdən keçirir. Səbəb həmin ölkələrin öz qeyri-qanuni miqrantlarının deportasiyası prosesində Londonla əməkdaşlıq etməməsidir.

BAKU.WS xəbər verir ki, The Times nəşrinin məlumatına görə, bu üç ölkə ümumilikdə Britaniyada olan təxminən 4 min vətəndaşını geri qəbul etməkdən imtina edib.Britaniyanın Daxili İşlər Nazirliyi 13 noyabrda onların Londondakı səfirliklərini xəbərdar edib: bir ay ərzində əməkdaşlıq gücləndirilməsə, vizalarla bağlı məhdudiyyətlər sərtləşdiriləcək.

İlk mərhələdə diplomatik və imtiyazlı şəxslər üçün sürətli viza proseduru ləğv edilə bilər. Daha sonra məhdudiyyətlərin bu ölkələrin bütün vətəndaşlarına şamil olunacağı, hətta tam viza qadağasına qədər gedilə biləcəyi bildirilir. The Times qeyd edir ki, gələcəkdə Pakistan, Hindistan, Nigeriya, Banqladeş, Qabon və Somali də siyahıya əlavə oluna bilər.

Britaniyanın daxili işlər naziri Şabana Mahmud bildirib: "Ölkələr öz vətəndaşlarını geri qəbul etməlidir. Əks halda Böyük Britaniyaya giriş imtiyazını itirəcəklər."

Son xəbərlər