Botlar internetdə insanları geridə qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
Bulud əsaslı hostinq və təhlükəsizlik şirkəti Cloudflare açıqlayıb ki, onun infrastrukturundan istifadə edən bəzi internet saytlarına daxil olan sorğuların artıq 57,4 faizi avtomatik botlar tərəfindən göndərilir. İnsan mənbəli trafik isə 42,6 faizə enib.
BAKU.WS şirkətə istinadən xəbər verir ki, süni intellekt agentləri və botların yaratdığı trafik internet tarixində ilk dəfə insan trafikini üstələyib.
Cloudflare-in həmtəsisçisi və baş icraçı direktoru Metyu Prins bildirib ki, bu dönüş nöqtəsinin daha gec baş verəcəyini gözləsə də, avtonom süni intellekt sistemlərinin sürətli inkişafı prosesi xeyli sürətləndirib.
Məlumata əsasən, insanlar hər hansı məhsul və ya xidmətlə bağlı qərar verməzdən əvvəl orta hesabla 5 sayta baxdığı halda, süni intellekt xidmətləri minlərlə saytı qısa müddətdə taraya bilir.
Ekspertlər hesab edirlər ki, bot trafikinin artması internetin mövcud biznes modelinə də təsir göstərə bilər. Metyu Prinsin sözlərinə görə, gələcəkdə məzmun sahibləri botların məlumatlara çıxışı üçün ödəniş tələb edə bilərlər.
Bu tendensiya internetdə insan fəaliyyətinin azalacağı ilə bağlı "ölü internet nəzəriyyəsi"ni yenidən gündəmə gətirsə də, Cloudflare rəhbəri süni intellektin daha çox insanın məzmun yaratmasına imkan verdiyini vurğulayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...