BMT: Əsəd rejimi devrildikdən sonra 1,4 milyondan çox suriyalı evinə qayıdıb
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) Suriyada Bəşər Əsəd rejiminin 8 dekabr 2024-cü ildə devrilməsinin ardından 1,4 milyondan çox suriyalının evlərinə qayıtdığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yayımladığı paylaşımda bildirilir:
"Əsəd rejiminin devrilməsindən sonra 1,4 milyondan çox suriyalı illərlə davam edən məcburi köçkünlükdən sonra evlərinə dönür".
Açıqlamada suriyalılar üçün yenidən ümid yarandığı, lakin həyatlarını bərpa etmələrinin asan olmadığı vurğulanıb.
BMTQAK ailələrin yenidən həyata başlamalarına dəstək göstərilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edib. Qurum suriyalıların yaşayış, səhiyyə, təhsil və dolanışıq kimi sahələrdə köməyə ciddi ehtiyac duyduğunu bildirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...