BMT-dən xəbərdarlıq: 2040-cı ilə qədər dünyada su qıtlığı kəskinləşəcək

BMT-dən xəbərdarlıq: 2040-cı ilə qədər dünyada su qıtlığı kəskinləşəcək
Dünya 5

2040-cı ilə qədər dünyada suya tələbat mövcud ehtiyatları təxminən 40% üstələyəcək.

BAKU.WS xəbər verir ki, bu barədə BMT-nin qiymətləndirməsində bildirilib.

Məlumata görə, hazırda dünyadakı su mənbələrinin təxminən 60 faizi tükənmə təhlükəsi ilə üz-üzədir. Ən böyük riskin Şimali Afrika və Mərkəzi Asiya regionlarında müşahidə olunacağı, həmçinin İspaniya, İtaliya və Portuqaliyada da ciddi su qıtlığının yarana biləcəyi proqnozlaşdırılır.

Artıq bəzi ölkələr problemin təsirlərini hiss etməyə başlayıb. Moldovada anomal istilər səbəbindən Dnestr çayında suyun səviyyəsi kəskin azalıb. Bu səbəbdən ölkədə enerji və su təchizatı sahəsində fövqəladə vəziyyət elan edilib.

Mütəxəssislər iqlim dəyişikliyi, uzunmüddətli quraqlıqlar və su ehtiyatlarından səmərəsiz istifadə nəticəsində qarşıdakı illərdə qlobal su böhranının daha da dərinləşəcəyini bildirirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər