BMT: 2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb

Ötən il miqrantlar üçün tarixdə ən ölümcül il olub. Təhlükəli marşrutlarda təxminən 9 min nəfər həlak olub, onların hər on nəfərindən biri atışma kimi zorakı insidentlər nəticəsində həyatını itirib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Miqrasiya Agentliyinin bəyanatında qeyd olunub.
2024-cü ildə miqrasiya marşrutlarında azı 8938 nəfər həyatını itirib. Ən çox ölüm halları Asiya marşrutlarında qeydə alınıb, ardınca Aralıq dənizi və Afrika marşrutları, o cümlədən Səhrə çölü gəlir.
"Reuters" agentliyinin məlumatına görə, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında miqrantlar arasında ölüm hallarının azı 10 faizinin zorakılıq nəticəsində baş verdiyi bildirilir.
2021-ci ildən etibarən miqrantlar arasında qeydə alınan ölüm hallarının ümumi illik sayı artır. Bununla yanaşı, BMqT-nin məlumatına görə, hər il minlərlə ölüm halı rəsmi qeydiyyata alınmaması səbəbindən nəzərə alınmır.
Oxşar xəbərlər
Tramp Britaniya ilə ticarət razılaşması əldə edildiyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya ilə ticarət razılaşması əldə etdiyini açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə "Truth Soc...
