Bir il ərzində İsrailə 26 mindən çox raket və PUA atılıb
Hərbi əməliyyatlar ili ərzində İsrail Müdafiə Qüvvələri (SAXAL) ölkə daxilində 26 mindən çox mərmi, raket və pilotsuz uçan aparatların hücumunu qeydə alıb.
BAKU.WS xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onlardan 13,2 mini Qəzza zolağından, 12,4 mini isə Livandan atılıb. Bundan əlavə, İrandan 400-ə yaxın, Yəməndən 180, Suriyadan isə 60-a yaxın hava hücumu olub.
Fələstin HƏMAS hərəkatının yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə sızmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək, onu və Livan və Suriyanın müəyyən bölgələrini vurub, bundan sonra anklavda quru əməliyyatına başlayıb.
Oxşar xəbərlər
İsrail Livanın cənubunda "Hizbullah" obyektlərinə kütləvi zərbələr endirdiyini açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri son saatlarda Livanın cənubundakı Sur şəhərində "Hizbullah"ın hərbi obyektlərinə iki seriya zərbələr endirib. "Report" xəbər verir k...