Bəqai: ABŞ-nin analoji infrastrukturuna cavab zərbəsi endiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İran infrastrukturuna hücum edərsə, Tehran eyni şəkildə cavab verəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri ölkədəki obyektlərə zərbələr endiriləcəyi halda cavab tədbirlərinin ABŞ ilə əlaqəli obyektlərə qarşı olacağı barədə xəbərdarlıq edib.
Bəqai qeyd edib ki, İrana qarşı fəaliyyətlərə hər hansı formada cəlb olunmuş istənilən ABŞ obyekti hədəfə çevrilə bilər.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...