Belarus ABŞ ilə razılaşdı, Nobel Sülh Mükafatı laureatı azadlığa buraxıldı

Belarus ABŞ ilə razılaşdı, Nobel Sülh Mükafatı laureatı azadlığa buraxıldı
Dünya 63

Belarus hakimiyyəti ABŞ-lə əldə olunan razılaşma çərçivəsində 2022-ci il Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Ales Byalyatskini azadlığa buraxıb. Ümumilikdə 123 məhbusun əfv edildiyi bildirilir.

BAKU.WS xəbər verir ki, azadlığa buraxılanlar arasında Belarus müxalifətinin tanınmış simalarından Mariya Kolesnikova və sabiq prezidentliyə namizəd Viktor Babaryko da yer alır. Məlumata görə, bu addım ABŞ-nin Belarusun potaş (kalium) sənayesinə tətbiq etdiyi bəzi sanksiyaları aradan qaldırmasından sonra atılıb.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Con Koul Minskdə aparılan danışıqlardan sonra münasibətlərin normallaşması halında əlavə sanksiyaların da ləğv edilə biləcəyini açıqlayıb.

Belarus rəhbərliyi bu qərarın ölkənin beynəlxalq arenada qismən də olsa, izoliyasiyadan çıxmasına töhfə verəcəyini bildirir. Azad edilən məhbusların əksəriyyətinin Ukraynaya göndərildiyi qeyd olunur.

Son xəbərlər