Bəhreyn HHM qüvvələri 150-dən çox raketi zərərsizləşdirib

Bəhreyn HHM qüvvələri 150-dən çox raketi zərərsizləşdirib
Dünya 10

Bəhreynin Hava Hücumundan Müdafiə qüvvələri Yaxın Şərqdə hərbi əməliyyatların başlanmasından bəri 153 raketi ələ keçirdiyini açıqlayıb.

BAKU.WS-in Al Jazeera telekanalına istinadən verdiyi məlumata görə, bu barədə krallığın rəsmi qurumları məlumat yayıb.

Bildirilib ki, fevralın 28-dən etibarən HHM sistemləri ölkə istiqamətində buraxılan 301 pilotsuz uçuş aparatını da zərərsizləşdirib.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra regionda gərginlik artıb. İran isə cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib, həmçinin ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücumlar həyata keçirib.

Artan təhlükəsizlik riski fonunda regionun bir sıra ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xameneinin hücumlar nəticəsində öldürüldüyü bildirilib.

Son xəbərlər