BƏƏ OPEC-dən çıxdıqdan sonra da tərəfdaşları ilə əməkdaşlığı gücləndirəcək
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfdaşları ilə sıx əməkdaşlıq etməyə və qlobal bazar sabitliyinə töhfə verməyə davam edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar şöbəsinin müdiri Əfra Əl Hameli məlumat verib.
"BƏƏ tərəfdaşları ilə sıx əməkdaşlıq etməyə, ikitərəfli və çoxtərəfli əməkdaşlığı dərinləşdirməyə və daha çox çeviklik və cavabdehliklə sabit, yaxşı işləyən bazarlara töhfə verməyə davam edəcək", - deyə o əlavə edib.
Bundan əvvəl, BƏƏ-nin dövlət xəbər agentliyi "WAM", BƏƏ-nin 1 may 2026-cı il tarixindən etibarən OPEC və OPEC+ təşkilatlarından çıxacağını bildirmişdi.
Oxşar xəbərlər
Əsəbləri sakitləşdirən qidalar açıqlanıb
Bəzi qidalar sinir sisteminin normal fəaliyyətini dəstəkləyir, stressin idarə olunmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edə bilər. BAKU.WS xəbər verir...