BƏƏ İranla əlaqəli cinayətkar qrupu ifşa edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təhlükəsizlik qüvvələri İranla əlaqəli terror qrupunu ifşa edib və onun üzvlərini milli birliyi sarsıtmağa yönəlmiş əməliyyatlarda iştirakda şübhəli bilərək saxlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Gulf News" Əmirliyin "WAM" agentliyinə istinadən məlumat yayıb.
"Araşdırma göstərib ki, qrup dövlət ərazisində mütəşəkkil terror və təxribat əməliyyatları keçirməyi planlaşdırırdı. Səlahiyyətlilər şəbəkənin İranın "Vilayəti-Fəqih" qruplaşması ilə əlaqəli olduğunu bildiriblər", - nəşr qeyd edib.
Bildirilib ki, qruplaşma üzvləri həm ölkə daxilində, həm də ondan kənarda gizli görüşlər keçirir, gəncləri qadağan olunmuş təşkilatlara cəlb edirdilər. Bundan əlavə, həmin təşkilatlara vəsait köçürülüb.
Oxşar xəbərlər
Əsəbləri sakitləşdirən qidalar açıqlanıb
Bəzi qidalar sinir sisteminin normal fəaliyyətini dəstəkləyir, stressin idarə olunmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edə bilər. BAKU.WS xəbər verir...