BƏƏ Hörmüz boğazında hərbi-dəniz qüvvələrini cəlb etməyə hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Ərəb Əmirlikləri ABŞ və digər Qərb tərəfdaşlarına Hörmüz boğazında gəmiçiliyin bərpası üçün hərbi-dəniz qüvvələrini (HDQ) cəlb etməyə hazır olduğunu bəyan edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Financial Times" nəşri mənbələrə istinadən yazır.
BƏƏ Hörmüz boğazında fəaliyyət göstərəcək istənilən çoxmillətli hərbi birliyə qoşulmağa hazırdır. Ölkə Bəhreynlə birlikdə belə əməliyyatların həyata keçirilməsi üçün mandat verilməsi barədə BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsi üzərində işləyir. Bəhreyn gəmiçiliyin bərpası planının həyata keçirilməsini dəstəkləyib. Fars körfəzinin digər ölkələri gələcək əməliyyatlarda iştirakla bağlı hələ yekun qərar qəbul etməyib, bu, həm də onların ABŞ-nin qəfildən geri çəkilərək ərəb ölkələrini İranla təkbətək qoya biləcəyindən ehtiyatlanması ilə əlaqədardır.
Mənbələrin məlumatına görə, region ölkələri həmçinin enerji daşıyıcılarının quru yolu ilə Omana və ya Aralıq dənizinə çatdırılması üçün boru kəmərləri və dəmir yolu infrastrukturunun tikintisi layihələrinin həyata keçirilməsini sürətləndirə bilər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...