BƏƏ-də neft-kimya zavodu yanğına görə fəaliyyətini dayandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Ərəb Əmirlikləri ərazisində yerləşən neft-kimya müəssisələrindən biri olan "Borouge" zavodu baş verən yanğınlar səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.
BAKU.WS xəbər verir ki, hadisə Əbu-Dabi şəhərində qeydə alınıb.
Bildirilir ki, hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilən hava hədəflərinin qalıqları zavod ərazisinə düşərək bir neçə yanğının yaranmasına səbəb olub.
Rəsmi qurumlar hazırda yanğınların söndürülməsi istiqamətində işləri davam etdirir. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan yoxdur, lakin obyektə dəyən maddi ziyanın həcmi hələ dəqiqləşdirilir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...