Bayden jurnalistlərə qarşı sərt ifadələr işlədib
ABŞ Prezidenti Co Bayden jurnalistlərə qarşı sərt ifadələrlə çıxış edib.
BAKU.WS xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Ağ Ev rəhbəri jurnalistlərlə ünsiyyəti zamanı yeni prezident Donald Trampı Konqresdəki respublikaçılara təsir edərək hazırkı administrasiya tərəfindən cənub sərhədində nəzarətin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin qəbuluna mane olmaqda ittiham edib. Bayden həmçinin miqrasiya böhranının həlli ilə bağlı nə edilməməli olduğunu qeyd etməyə çalışsa da, cümləsini yarımçıq saxlayıb.
"Mən ola bilsin, ən yaşlı prezidentəm, amma mən dünya liderlərinin düşündüyü hər şeyi sizin bütün həyatınızda tanıdığınız liderlərdən daha yaxşı bilirəm", - deyə Bayden vurğulayıb. "Bu zarafat deyil", - o əlavə edib.
Qeyd edək ki, ötən il Co Bayden Ağ Evdə İsrail Prezidenti İshak Hersoq ilə görüşdən əvvəl bir jurnalistə kobud cavab verib. Jurnalist ona Qəzza zolağında girovların azad edilməsi ilə bağlı razılaşmanın prezidentlik müddətinin sonuna qədər mümkün olub-olmayacağını soruşub. Bayden isə cavabında, "Bəs siz kameradan arxadan gələn zərbələrdən özünüzü qoruya biləcəyinizi düşünürsünüzmü?" - deyə bildirib.
Oxşar xəbərlər
NATO Baltikyanı ölkələrin sualtı infrastrukturunu qorumaq üçün 10 gəmi göndərəcək
NATO Baltikyanı ölkələrin sualtı infrastrukturunu qorumaq üçün 10 gəmi göndərəcək. "Report" xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" yayım portalı məlumat...