Azərin CNN TÜRK-ə danışdı: "İndi də o günü xatırlayanda gözlərim yaşarır"

Azərin CNN TÜRK-ə danışdı: İndi də o günü xatırlayanda gözlərim yaşarır
Video
Dünya 64

6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən və 11 vilayəti təsir altına alan 7,7 və 7,6 bal gücündəki zəlzələlərdə həyatını itirənlər Türkiyədə anılır.

Azərbaycanlı müğənni Azərin Kahramanmaraş zəlzələsinin ildönümündə zəlzələdən zərər çəkənlər üçün bir ağı ifa edib.

BAKU.WS xəbər verir ki, ağı Azərbaycanın bəstələdiyi və CNN TÜRK-ə danışan sənətçi, o anları belə xatırlayıb:

"Biz illərdir bir bədəndə bir canıq. İndi də o günü xatırlayanda gözlərim yaşarır. Studiyada ifa edərkən yalnız bir dəfə oxuya bildim, ikinci dəfə söyləyə bilmədim. Göz yaşlarımı saxlaya bilmədim."

"Azərbaycan hər zaman olduğu kimi ilk köməyə çatan ölkə idi"

Tam iki il əvvəl, bu gün Türkiyə tarixinin ən böyük acılarından birini yaşadı. Yaralar yavaş-yavaş sağalsa da, ağrı hələ də təzədir. Belə günlərdə bu yara daha da sızlayır. O zaman yardıma ilk çatan ölkələrdən biri də qardaş Azərbaycan olub. Azərbaycanlı sənətçi Azərin zəlzələ zamanı hiss etdiklərini CNN TÜRK-ə danışıb:

"Bu çox böyük bir fəlakət idi, unudulmayacaq bir acı. Azərbaycan hər zaman olduğu kimi ilk köməyə çatan qardaş ölkə idi. Biz illərdir bir bədəndə bir canıq. Əslində, 6 fevralda Kahramanmaraşda konsertim olacaqdı. Bu xəbəri səhər erkən eşidəndə bədənim keyidi. İndi də o günü xatırlayanda gözlərim yaşarır. Həqiqətən, yerimdən qalxa bilmədim. Nə edə bilərəm? deyə düşündüm və yardımlara qoşulduq."

Azərin zəlzələ baş verdikdən sonra Azərbaycan xalqının yardım kampaniyalarına necə qoşulduğunu da vurğulayıb:

"Azərbaycan xalqının yardımları göz önündədir. 700 nəfər yardıma getdi, sahra xəstəxanaları quruldu, həkimlərimiz gəldi. Axtarış-xilasetmə qruplarımız 50-dən çox insanı dağıntılar altından çıxardı. Yardımlar bir an belə dayanmadı. Bir vətəndaşımızın evindəki hər şeyi maşınına yığıb gətirdiyini xatırlayıram. Həyatını itirən insanlar içimizdə alov yandırdı. Ümid edirəm ki, bundan sonra tikilən binalar daha təhlükəsiz olar və bir daha belə bir acı yaşanmaz."

"Bu ağıtın sözlərini Baxtiyar Vahabzadə yazıb"

Azərin ifa etdiyi ağı ilə bağlı da məlumat verib. Sənətçinin sözlərinə görə, bu ağıtın sözlərini mərhum Azərbaycan şairi Baxtiyar Vahabzadə 1999-cu ildə İstanbulda baş verən zəlzələ üçün yazıb:

"Bu zəlzələ baş verdikdən 3 ay sonra hələ də ağlayırdım. Azərbaycanın xalq artisti Mehriban xanım məni axtardı. Dedi ki, "Baxtiyar Vahabzadənin sözlərinə belə bir musiqi yazmaq ürəyimdən keçdi. Sən oxuyarsan". Studiyada səsləndirdim və yalnız bir dəfə ifa edə bildim. İkinci dəfə oxuya bilmədim, çünki göz yaşlarımı saxlaya bilmədim. İnsan istər-istəməz gözündə o mənzərələri canlandırır. O insanlar nələr yaşadı deyə düşünürəm..."

Son xəbərlər