Azərbaycanəsilli milyarderlər Moskvada "Dubay" tikməyə hazırlaşırlar
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya paytaxtı möhtəşəm dəyişikliklərə hazırlaşır. Hökumət tərəfindən köhnəlmiş və qəzalı elan edilmiş əfsanəvi "QİYŞ kitabı" binasının yerində tezliklə paytaxtın yeni superdominantı olacağı vəd edilən 76 mərtəbəli kompleks ucalacaq. Bu iddialı layihənin arxasında azərbaycanəsilli milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus "Kiyevskaya ploşad" qrupu dayanır.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Novosti MSB" "Telegram" kanalı həmin göydələnlərin variantlarını paylaşıb.
Bildirilir ki, Yeni Arbatdakı "QİYŞ kitabı"nın yerində tikiləcək "Moskva Dubayı"nın bir hissəsi yaşayış üçün ayrılacaq.
"Kiyevskaya ploşad" qrupunun sahibləri yeni kompleksin Moskvanın bütün mövcud hündürmərtəbəli binalarını kölgədə qoyacağına əminliklərini vurğulayıblar.
Qalereya
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...