Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
15
yan
2026
17:18
Azərbaycan və Ermənistan nümayəndələri bu gün Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirib.
Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata görə, bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub.
Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
İrana qarşı hərbi əməliyyatlar "GTA" oyunu üslubunda nümayiş etdirildi
Ağ Ev ABŞ-nin İrana qarşı apardığı "Epik Qəzəb" adlı hərbi əməliyyatının videosunu "GTA: San Andreas" kompüter oyunu üslubunda montaj edib. BAKU.WS Oxu.az-a ist...