"Ayıq sürücü" toyda sərxoş oldu - Bəyin bahalı maşınını qəzaya saldı
Başqırdıstanda toy üçün işə götürülən "ayıq sürücü" bəyin avtomobilini oğurlayaraq qəza törədib.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, hadisə Oktyabrskidə baş verib. Bəy və gəlin qonaqları və toy tortunu xizək kurortuna aparmalı və oradan taksi ilə şəhərə qayıtmalı olan "ayıq sürücü" xidməti sifariş verib.
Lakin sürücü evə qayıtmağa tələsməyib, ziyafətdə qalıb. Sərxoş olan şəxs bəyin bahalı avtomobilinin açarlarını oğurlayaraq maşın sürməyə gedib. Yol ayrıcında idarəetməni itirən oğru başqa avtomobilə çırpılıb, qəzaya uğramış avtomobili yolda qoyub qaçıb.
Həmin şəxs 2,5 milyon rubl dəyərində Mazda 6 markalı avtomobil oğurladığı üçün saxlanılıb. Sahibi avtomobili təmir etmək üçün 600 min rubl ödəməli olub.
Oxşar xəbərlər
Ərdoğan İranın xarici işlər nazirini qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib. BAKU.WS xəbər verir ki, bu barədə "TRT Haber" məlumat y...