Ayda balıqçılıq ferması YARADICILIQ

Fransada başlanan bir layihə gələcəkdə Ayda və Marsda astronavtları davamlı protein mənbəyi ilə təmin etmək məqsədi daşıyır. "Lunar Hatch" adlanan bu layihə çərçivəsində çupra balıqlarının kosmosda yetişdirilmə imkanları araşdırılır.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, layihə Fransanın cənubunda yerləşən Palavas-les-Flots qəsəbəsindəki tədqiqat mərkəzində aparılır. Burada saxlanılan çupra balıqları, gələcəkdə kosmosa göndəriləcək ilk nəsil balıqların valideynləri olacaq. Məqsəd - uzunmüddətli kosmik missiyalarda astronavtlara dayanıqlı protein mənbəyi təqdim etməkdir.
Fransa Milli Okean Tədqiqatları İnstitutunun dəniz biologiyası üzrə mütəxəssisi Dr. Cyrille Przybyla bildirib ki, çupra balığı asan həzm olunan, omeqa-3 yağ turşuları və B vitaminləri ilə zəngin olan bir qidadır. Onun sözlərinə görə, bu, kosmosda əzələ kütləsinin qorunması baxımından çox önəmlidir.
Layihənin ilkin mərhələsində döllənmiş çupra yumurtaları Beynəlxalq Kosmik Stansiyaya (ISS) göndəriləcək. Yumurtaların inkişafı kosmosda müşahidə olunacaq, daha sonra dondurularaq Yerə qaytarılacaq. Uzunmüddətli məqsəd isə Ayda balıq fermalarının qurulmasıdır.
Əgər Ayda baza inşa edilərsə, Dr. Przybyla hər astronavta həftədə iki dəfə çupra balığı təqdim etməyin mümkün olacağını deyir.
1973-cü ildə "Apollo" missiyası zamanı kiçik mummiçoq balıqları, 1976-cı ildə isə Sovetlər "Salyut" stansiyasında lepistes balıqları ilə təcrübə aparmışdı. 2015-ci ildə isə ISS-ə zebra balıqları göndərilərək mikroçəki şəraitində əzələ əriməsi müşahidə olunmuşdu.
Dr. Przybyla bu sistemin Yer üçün də faydalı ola biləcəyini deyir: "Burada hazırladığımız texnologiya ətraf mühitin qorunması və iqtisadi davamlılıq baxımından da vacibdir. Bu sistem təcrid olunmuş insan icmaları üçün qida təminatında Yerdə də tətbiq oluna bilər."

Oxşar xəbərlər
Alimlər qəfil ürək dayanması üçün əsas risk faktorlarını açıqladı
Fudan Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, qəfil ürək dayanması (SCA) hallarının 63 faizə qədərinin qarşısını həyat tərzi və ətraf mühit şəraitini...