"Axios": ABŞ İrana uranın zənginləşdirilməsinə dair 20 illik moratorium təklif edib
ABŞ İslamabadda (Pakistan) keçirilən danışıqlar zamanı İrana uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyi təklif edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Axios" amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, İran tərəfi cavab olaraq moratorium üçün daha qısa müddət təklif edib və mənbələr bu müddəti 20 ildən "birmənalı şəkildə az" kimi xarakterizə edirlər.
"İranın nüvə proqramı ətrafındakı fikir ayrılıqları razılaşmaların əldə edilməsi yolunda əsas maneə olaraq qalır. Xüsusilə də, mübahisə Tehranın uranın zənginləşdirilməsindən və artıq toplanmış ehtiyatlarından imtina etməyə hazır olub-olmaması ilə bağlıdır", - mənbələr qeyd edib.
"Axios"un məlumatına görə, Tehran zənginləşdirmə səviyyəsinin nəzarət altında azaldılması təklifi irəli sürüb. Mənbələr, həmçinin qeyd edirlər ki, İran tərəfi aralıq razılaşmanın əldə olunacağını gözləyirdi, lakin ABŞ-nin vitse-prezidenti Cey Di Vensin danışıqların başa çatması və ABŞ nümayəndə heyətinin gedişi barədə bəyanatı onlar üçün gözlənilməz olub.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Vaşinqton və Tehran arasında çoxsaatlı danışıqlar razılaşma əldə edilmədən başa çatıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında ABŞ blokadasını pozmağa cəhd edəcək bütün İran gəmilərini məhv etməklə hədələmişdi.
Oxşar xəbərlər
Daha bir ölkə avroya keçmək istəyir
"Avroya keçid Macarıstanın maraqlarına cavab verir". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Macarıstanın gələcək baş naziri Peter Madyar deyib. B...